Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan BİR İL ÖTÜRbackend

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan BİR İL ÖTÜR

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından bir il ötür.

KONKRET.az xəbər verir ki, oktyabrın 27-də “Smerç” raketləri ilə həyata keçirilən xain hücum beş kənd sakininin həlak olması ilə nəticələnib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlərin siyahısı:

1959-cu il təvəllüdlü Aybəniz Əşrəf qızı Əhmədova

1961-ci il təvəllüdlü Almaz Salah qızı Əliyeva (2020-ci il oktyabrın 27-də xəsarət alıb, 2020-ci il oktyabrın 28-də isə vəfat edib)

1970-ci il təvəllüdlü Ofeliya Məcid qızı Cəfərova

1980-cı il təvəllüdlü Ehtiram Xəlil oğlu İsmayılov

2013-cü il təvəllüdlü Aysu Rövşən qızı İsgəndərova.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*