Ermənilərin Gəncəyə beşinci raket hücumundan 4 il ötürbackend

Ermənilərin Gəncəyə beşinci raket hücumundan 4 il ötür

Bu gün Ermənistanın Gəncəyə beşinci qanlı raket hücumundan 4 il ötür.

2020-ci ilin oktyabrın 17-də gecə saatlarında şəhərin mərkəzi düşmənin raket hücumuna məruz qalıb. Gəncəyə edilən sayca beşinci raket hücumu nəticəsində 16 mülki şəxs şəhid olub, 55 nəfər isə yaralanıb.

Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasəti Cenevrə Konvensiyasını, BMT-nin, Haaqa Konvensiyasının, UNESCO-nun, eləcə də, digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud və düşünülmüş şəkildə pozmuşdu. Lakin Ermənistana bunların heç birinə məhəl qoymayaraq, mülki əhaliyə qarşı terror siyasətini davam etdirmişdi.

Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə almaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülki şəxs (o cümlədən, 54 kişi, 27 qadın və 12 uşaq) həlak olub, 444 nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarət alıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki əhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan və özünü Qarabağda separatçıların “prezidenti” adlandıran Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*