Ermənilərin havadarı Soros Fondu Ermənistandakı fəaliyyətini DAYANDIRIRbackend

Ermənilərin havadarı Soros Fondu Ermənistandakı fəaliyyətini DAYANDIRIR

Soros Fondu Ermənistandakı fəaliyyətini dayandırır, Qərbin maliyyələşdirdiyi ictimai təşkilatlar bundan ciddi narahatdırlar

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Past” məlumat yayıb.

Qəzet yazdığına görə, bu yaxınlarda məlum olub ki, Açıq Cəmiyyət Fondlarının İrəvan ofisi və ya Corc Soros Fondu Ermənistanda fəaliyyətini dayandırır.

“Əldə etdiyimiz məlumata görə, reallıqda Soros Fondunda format dəyişiklikləri baş verir.

Ermənistanda fəaliyyət göstərən Qərbdən maliyyələşən ictimai təşkilatlar və qərbyönümlü siyasi qüvvələrin nümayəndələri bütün bunlardan ciddi narahatdırlar.

Çünki çoxları pullarını itirə bilər: necə deyərlər, “hamıya çatmayacaq”. Mənbəmiz bildirdi ki, ötən gün İrəvandan ABŞ-a məsələni həll etmək ümidi ilə mini nümayəndə heyəti gedib.

Onlar Ermənistanda hökm sürən əhval-ruhiyyəni təqdim etməyə çalışacaqlar. Qeyd edəcəklər ki, onlar cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsinin kök salmasına çalışdılar, Qərb təbliğat tezislərini yaydılar, 2018-ci ildə hakimiyyət dəyişikliyinə töhfə verdilər və indi faktiki olaraq oyundan kənarda qala bilərlər.

Onlar Ermənistanın ABŞ-dakı səfirindən Dövlət Departamentində hər hansı bir əlaqədar nümayəndə ilə heç olmasa bir görüş təşkil etməyi xahiş ediblər”, – deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*