Əli hər yerdən üzülən Ermənistan bütün parametrlər üzrə təxribatını davam etdirir. Sərhəddə və Qarabağda baş verən insident isə bu təxribatların davamıdır. Nəyin bahasına olursa-olsun Azərbaycanı çirkin oyuna çəkmək istəyən düşmən ölkə indi də Laçın istiqamətində silah-sursat toplayır.
Məqsəd aydındır: Azərbaycanın əks-hücuma keçməsindən istifadə edib vay-şüvən qoparmaq və yenidən dünyada anti-Azərbaycan əleyhinə kampaniyanın başqa mərhələsinə qədəm qoymaq. Amma onların bütün hərəkətləri izlənilir və Azərbaycanla sərhəddə cəmləşdirdikləri silah-sursatın sayına qədər kəşfiyyat məlumatına malikik. Deməli, ermənilərin dislokasiya yerləri, oradakı silahların növləri barədə dəqiq informasiyaya malik Azərbaycan Ordusu ermənilərin hər bir təxribatının qarşısını almağa hazırdır. Ermənistan isə dayanmaq bilmir və həm daxildə, həm də xaricdə Azərbaycan əleyhinə işlər aparır.
Kəlbəcər istiqamətində susdurulan Ermənistan silahlı qüvvələrinin Qarabağda da cavabı verilib. “Humanitar böhran”dan əli üzülən düşmən ölkənin silahlı təxribata əl atacağı gözləniləndir və Azərbaycan Ordusu bir an belə sayıqlığı əldən vermir. Ermənistan isə öz havadarlarının vədlərinə arxayın olub, yeni müharibənin qızışdırılması üçün məqam gözləyir. Kilsə adamlarından tutmuş, sənətçilərə qədər, hər bir erməni Azərbaycan əleyhinə kampaniyaya qoşulub.
Ölkəmizin Los-Ancelesdəki konsulluğu qarşısında mitinq təşkil edən Amerika erməniləri anti-Azərbaycan əleyhinə şüarlar səsləndirir, ölkəmizin imicinə xələl gətirən plakatlar nümayiş etdirirlər. ABŞ hökuməti isə konsulluq binasını mühasirəyə alan kütlənin qanunsuz əməllərinə göz yumur.
Erməni diasporunun dəstəklədiyi bəzi təşkilatlar da Azərbaycan əleyhinə kampaniyaya qoşulub və ölkəmizə qarşı işlər aparır. İş o yerə çatıb ki, feminist təşkilatlar belə antiAzərbaycan kampaniyasında fəallıq nümayiş etdirirlər. Ən acınacaqlısı isə Azərbaycan feminist təşkilatının erməniləri dəstəkləməsidir.
Azərbaycan feministləri erməni bacılarına dəstək nümayiş etdirib və ölkəmizi “humanitar böhran”da ittiham edib. Görünür, erməni diasporundan aldıqları pula “yox” deyə bilməyən bu “xanımlar” sadəcə ermənilərin göndərdikləri mətnin altına öz imzalarını qoymaqla düşmənin çirkin planının bir hissəsinə çevriliblər. Ermənistan isə bütün sahələrdə çirkin kampaniyadan istifadə edəcək; feministlərdən də, cinsi azlıqlardan da.
Ancaq ermənilər öz həmcinslərindən yararlanmaqla Azərbaycan xalqının iradəsinə qarşı gedə bilməyəcəklər. Çünki onların tora saldığı feministlər ancaq ermənilərin hüquqlarını müdafiə edə bilər. Azərbaycanda isə sağlam gənclik yetişib və bu gənclik 44 gün ərzində Ermənistanı diz üstündə oturdub.
Vəli Həsənov,
KONKRET.az