Ermənilərin Xocalıda məscid tikilib iddiası ilə bağlı – MÜHÜM AÇIQLAMAbackend

Ermənilərin Xocalıda məscid tikintisi iddiası ilə bağlı - MÜHÜM AÇIQLAMA

Sosial şəbəkədə Xocalı hava limanı yaxınlığında məscidin inşa edilməsi barədə foto yayılıb. Fotonu paylaşan mənbənin erməni jurnalist Bella Lalayan olduğu deyilir.

KONKRET.az xəbər verir ki, Xocalı rayonunun deputatı Elman Məmmədov məlumatın həqiqəti əks etdirmədiyini deyib.

O bildirib ki, 29 ildir orada azərbaycanlılar yaşamır: “Kim kimin üçün inşa edib bu məscidi?! Ora Xocalı ərazisidir, biz çıxana qədər orada məscid tikməmişdik. Bizdən sonra ermənilər məscid tikər?! Ermənilər məscid düşmənidir, bizim məscidləri dağıdıb, murdarlayıblar. Bu məlumat tamamilə yalandır.

Əvvəla ora Xankəndi yox, Xocalı aeroportudur. Bütün sənədlərdə həmin hava limanının adı Xocalı aeroportu kimi gedir. Çünki Xocalının içindədir, yaşayış evləri ilə 100-200 metr məsafədə idi. İndi həmin yaşayış evlərinin hamısını ermənilər söküb darmadağın ediblər.

Xocalıya qayıdanda evlərimizi də, məscidlərimizi də tikəcəyik. Ancaq bu, ermənilərə aid söhbət deyil”. /Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*