“Ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün çalışırıq” – Lavrovbackend

"Ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün çalışırıq" - Lavrov

“Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımız və qonşularımız ilə işləyirik”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.

“Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır. Bunun üçün səy göstərəcəklərini bildiriblər”, – deyə nazir bildirib.

  • Nadir Həsənov
    Oktyabr 4, 2023 - 08:48

    Bəs 1988-cı ıldə Ermənistandan qovulan azərbaycanlıların doğma yurdlarına qayıdım orada birgə yaşaması üçün niyə çalışmırsız?

Nadir Həsənov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*