Ermənipərəst Menendezin məhkəməsi başladıbackend

Ermənipərəst Menendezin məhkəməsi başladı

Nyu Yorkun Manhetten bölgəsinin Federal Məhkəməsində xarici ölkələrdən rüşvət almaqda təqsirləndirilən ermənipərəst korrupsioner senator Robert Menendezin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Nyu Yorkun Cənub Bölgəsi üzrə Dairə Məhkəməsinin hakimi Sidney Harold Steyn prosesin 6-7 həftə davam edəcəyini bildirib.

Qeyd edək ki, ötən ilin sentyabrında senatora və onun erməni əsilli arvadına qarşı korrupsioner sövdələşmələrdə iştirak və yüz minlərlə dollar rüşvət almaları ilə bağlı ittihamlar irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*