Ermənipərəst, vicdanını satmış Nikita Şanqini Azərbaycan xalqı heç vaxt unutmayacaqbackend

Ermənipərəst, vicdanını satmış Nikita Şanqini Azərbaycan xalqı heç vaxt unutmayacaq

“Çto? Qde? Koqda?” teleoyununun tanınmış oyunçularından biri olan, arxitektor Nikita Şanqin erməni diasporunun pulunun diqtəsi altında vay-şüvən qaldırıb.  “Bəs ay aman qoymayın, Dağlıq Qarabağ əldən gedir. Qədim erməni xalqının torpaqları, milli, mədəni sərvətləri talanır”.

KONKRET.az xəbər verir ki, yerkramas.org-a müsahibə verən Nikita Şanqinə görə, sən demə Şuşadakı Gövhər Ağa məscidi də dolayısı ilə erməni mədəniyyətinin bir hissəsidir”.

N.Şanqin deyir ki, “Əgər Ermənistan Dağlıq Qarabağı itirsə, Rusiya da Ermənistanı itirəcək”.

Erməni millətçilərinin həyasızlığının həddinin olmadığını Azərbaycan xalqı on illiklər boyu şahid olub. Amma çox təəssüflər olsun ki, Erməni lobbisinin, pulunun təsiri altında danışan, şərəfini, vicdanını ayaqlar altına atan rus elitasının bəzi üzvlərinin bu səviyyədə ləyaqətsiz olduğunu həzm etmək olmur.

Gəlin, Nikita Şanqin kimilərin sifətini yaddan çıxarmayaq, haqsız, ədalətsiz mövqeyini unutmayaq və belələrinin ayağı gələcəkdə Vətənimizin torpaqlarına dəyməsin. Onun yerkramas.org-a yalan və şantajla dolu müsahibəsi şəxsiyyətsizliyinin vizit kartıdır. Biz bunu unutmayacağıq.

Yeri gəlmişkən, qeyd edək ki, bu həmin Nikita Şanqindir ki, bir tərəfi avar xalqının milli qəhrəmanı Hacı Muradın nəslindədir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*