Ermənistan 5 iranlı məhbusu ölkələrinə təhvil verib.
KONKRET.az xəbər verir ki, cinayət törətdiklərinə görə, Ermənistanda həbs edilən 5 İran vətəndaşı ölkələrinə ekstradisiya edilib.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bununla da, iki ölkənin Ədliyyə və Xarici İşlər Nazirlikləri arasında məhbusların İrana ekstradisiyasına dair razılaşma icra olunub.
İranlı məhbusların hansı cinayətə görə həbs cəzasına məhkum edildiyi barədə məlumat yoxdur.//Fars News
Ayan
KONKRET.az