Ermənistan “Artsax” məsələsindən rəsmən imtina etdibackend

Ermənistan “Artsax” məsələsindən rəsmən imtina etdi

Konstitusiya Məhkəməsi sentyabrın 26-da çıxardığı qərarla Ermənistan İstiqlal Bəyannaməsində təsbit edilmiş bir sıra prinsiplərdən, xüsusilə, “Artsax” məsələsindən rəsmən imtina edib.

KONKRET.az xəbər verir ki, bu fikri konstitusiyaşünas alim Qoar Meloyan səsləndirib.
Onun sözlərinə görə, Konstitusiya Məhkəməsinin qərarına əsasən Bəyannamədə əks olunan 3.7 müddəası yenidən nəzərdən keçirilməlidir.
Bu müddəada deyilir ki, Ermənistanın Respublikasının müstəqilliyi Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarı əsasında elan edilir.

Günel Mikayılova.
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*