Ermənistan ilə bir sıra Avropa ölkələri arasında strateji tərəfdaşlığa dair ikitərəfli sənədlərin imzalanması istiqamətində işlər aparılır.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
Onun sözlərinə görə, Ermənistan hazırda Fransa ilə strateji əməkdaşlıq sənədinin imzalanması üzərində işləyir.
Qeyd edib ki, mart ayında Ermənistan və Niderland arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb.