Ermənistan Avropada zəif, alçaldılmış, geosiyasi yetim timsalında görünür – MÖVQEbackend

Ermənistan Avropada zəif, alçaldılmış, geosiyasi yetim timsalında görünür - MÖVQE

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasını bir daha bəyan etdi və ölkəmizə qarşı ərazi iddiasının olmamasını bildirdi. Paşinyanın rəsmi sənədə imza atması Ermənistanın siyasi dairələrində birmənalı qarşılanmayıb. Ermənistan müxalifətinin nümayəndələri bildirirlər ki, baş nazir Ermənistanın təhlükəsizliyini, ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini təslim edib. Onlar hesab edir ki, bu dəfə Ermənistanın növbəti aşağılanmasını avropalı dostları həyata keçirib.

KONKRET.az xəbər verir ki, erməni politoloq Arman Abovyan özünün Facebook səhifəsində yazır ki, Ermənistan hökuməti növbəti dəfə dövlət və milli maraqlara tüpürdü və Qarabağın dağıdılmasını faktiki olaraq qanuniləşdirdi:

“Ermənistan SSRİ dövrünün inzibati ərazi bölgüsünə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq adı altında Ermənistan Respublikasının strateji ərazilərindəki anklavları təhvil verməyə hazır olduğunu bir daha təsdiqlədi. Bu, faktdır və bütün əks iddialar məntiqsizdir. Bununla da, əslində Avropa humanistlərinin guya ermənipərəst mövqeyi ilə Qranadada anti-erməni siyasi maskaradın şahidi olduq. Ermənistanın siyasi və etno-siyasi vahid kimi avropalıların qarşısına pafoslu, zəif, alçaldılmış geosiyasi yetim timsalında çıxması iyrəncdir. Yeri gəlmişkən, Ermənistan hakimiyyəti növbəti dəfə türklərin və azərbaycanlıların maraqlarına xidmət etdiyi halda, guya ermənisevər Avropa Azərbaycana qarşı sanksiyalar tətbiq etməkdən növbəti dəfə rəsmən imtina etdi. Bu, iqtidaryönlü medianın bizə nə yedizdirdiyinin yox, əslində baş verənlərin real göstəricisidir. Yeri gəlmişkən, bu da son deyil, sadəcə Ermənistan Respublikasının könüllü özünü məhv etməsinin davamıdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*