“Ermənistan Azərbaycana təklif göndərdi və cavab gözləyir” – Qriqoryanbackend

"Ermənistan Azərbaycana təklif göndərdi və cavab gözləyir" - Qriqoryan

“Blokadanın aradan qaldırılması ilə bağlı Ermənistan birbaşa Azərbaycana həll yolunu təklif edib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandeyib.

O bildirib ki, bu, kağız üzərində olan təklifdir və birbaşa Azərbaycana çatdırılıb.

“Bu danışıqlarda heç bir üçüncü tərəf iştirak etməyib. Ermənistan öz təklifini birbaşa kağız üzərində çatdırıb. Bilirsiniz ki, blokadanın aradan qaldırılması məsələsi müəyyən mərhələdə sülh müqaviləsinin bir hissəsi idi. Lakin müəyyən məqamda sülh müqaviləsindən çıxarılıb və artıq onun tərkib hissəsi deyil. Amma biz Azərbaycanla bu məsələləri müzakirə etmək üçün bütün mövcud imkanlardan istifadəni məqbul sayırıq. Biz Azərbaycana təklif etmişik və cavab gözləyirik”, – Qriqoryan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*