Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldığını AÇIQLADIbackend

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər aldığını AÇIQLADI

Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı təkliflər alıb. İrəvan və Bakı danışıqlar prosesinin üçüncü mərhələsinə başlayır. 

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu parlamentin xarici əlaqələr daimi komissiyasının rəhbəri Eduard Ağacanyan keçirdiyi brifinqdə deyib:

“Ermənistan tərəfi Azərbaycandan təkliflər alıb. Deyə bilərik ki, təkliflərin üçüncü mərhələsi müzakirə olunur. Başqa təfərrüat verə bilmərəm”.

Ermənistan parlamenti İlham Əliyevlə Paşinyan arasında ilin sonuna qədər görüşünün mümkünlüyünü istisna etməyib.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*