Ermənistan dəfələrlə Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, bu sözləri Milli Assambleyanın vitse-spikeri Akop Arşakyan deyib.
“Ermənistan dəfələrlə bildirib ki, danışıqlara hazırdır. Xarici İşlər Nazirliyimiz həmişə xəbər çıxanda şərh verir. İrəvana sülh təklifləri olan sənəd göndərilirsə, biz də eyni qaydada Bakıya göndəririk. Əgər bu danışıqlar deyilsə, bəs nədir?” – Arşakyan qeyd edib.
O, Ermənistanın heç vaxt danışıqlardan yayınmadığını və səmərəli hesab etdiyi platformalarda iştirak etdiyini vurğulayıb.
Ariz Həsənoğlu,
KONKRET.az