“Ermənistan Bakı-Tbilisi-Qars marşrutu ilə TMTK-ya qoşula bilər” – Ekspertbackend

"Ermənistan Bakı-Tbilisi-Qars marşrutu ilə TMTK-ya qoşula bilər" - Ekspert

“Son hadisələr fonunda İrəvanın Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə (TMTC) qoşulmaq şansı artıb”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Nəqliyyat Dəhlizlərinin Tədqiqat Mərkəzinin direktoru Paata Tsaqareişvili bildirib.

“Söhbət həm regionda nəqliyyat kommunikasiyalarının açılmasından, həm də “Dünyanın kəsişməsi” layihəsindən gedir. Eyni zamanda, Ermənistan Bakı-Tbilisi-Qars marşrutu da daxil olmaqla TMTK-ya qoşula bilər. İran-Ermənistan dəmir yolunun bərpasına gəlincə, onun yenidən işə salınması indi böyük sərmayələr – 1 milyard dollardan çox vəsait olmadan mümkün deyil”, – Paata Tsaqareişvili əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*