2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib.
“Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin nümayəndələri olub”, – qeyd olunub.
Bildirilib ki, 2020-ci ildən etibarən İrəvan-Bakı-İrəvan marşrutu üzrə aviadaşımalar yalnız beynəlxalq nümayəndə heyətinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrut fəaliyyətə başlayandan indiyədək 68 belə reys həyata keçirilib.