Ermənistan Laçın dəhlizinə alternativ yolların işə salınması məsələsinə qarışmamalıdır.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib.
“Bu məsələni Qarabağda yaşayan insanlar həll etməlidir. Ermənistan bu məsələyə müdaxilə etməməlidir”, – Xandanyan deyib.
Xandanyan, Qarabağda humanitar vəziyyətin yaxşılaşdırılması üçün təcili olaraq Laçın dəhlizinin açılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin humanitar yardımı olan yük maşını Əsgəran vasitəsilə Xankəndiyə gedib . Ümumilikdə 15 ton ərzaq məhsulları (un, qənd, taxıl, makaron, bişmiş ət və sair saxlama müddəti uzun olan məhsullar), şəxsi gigiyena vasitələri və yataq dəstləri çatdırılıb.
Ariz Həsənoğlu
KONKRET.az