“Ermənistan dəli ölkəyə necə çevrildi?” – İrəvanda MN-nin qarşısında ETİRAZ AKSİYASIbackend

"Ermənistan dəli ölkəyə necə çevrildi?" - İrəvanda MN-nin qarşısında ETİRAZ AKSİYASI

“Ermənistan necə oldu dəli ölkəyə çevrildi? Orduya rəhbərlik etmək üçün daha normal insanlar yoxdurmu?”.

KONKRET.az xəbər verir ki, bu gün Ermənistanda qeyri-qanuni qruplaşma olan “Xaçlılar” dəstəsinin üzvləri Vardenis məntəqəsinin mövqelərini boşaltmaq əmri aldıqları üçün Müdafiə Nazirliyinin yaxınlığında etiraz aksiyası keçirirlər.

“Xaçlılar” nizami ordu hesab edilmir. 44 günlük müharibədən sonra və indiyə qədər öz təşəbbüsləri ilə hərbi hissələrlə razılaşdırılmış müxtəlif, çox vaxt ən mürəkkəb ərazilərdə sərhəd mühafizəsinə cəlb olunublar.

Onlar deyir ki, maaş günə 8500 dramdır, amma görün nə edirlər.

“Bir illik müqavilə bağlayırıq, əsgər dağlarda xidmətə qalxır, 14-15 gündən sonra düşür, dərhal tərxis olunur. Bilirsinizmi nəyə görə tərxis edirlər? Çalışırlar ki, o adam günün qalan hissəsində pul almasın, nə tibbi yardım, nə də başqa hər şeyi alsın”, – deyə aksiya iştirakçılarından biri bildirib.

“Bu ucuz oyunlara baxın. Necə ola bilər ki, insan 15 gün qarda dayanıb heç bir xəstəliyə tutulmasın? Yaxşı, aşağı düşdü, onda necə müalicə olunacaq, pul verirsiniz ki, heç olmasa, mülki xəstəxanada müalicə olunsun?

50 min dram, elə bir gündə yeyirsən, sonra nə edirsən? Niyə 15 gündən bir adamları tərxis edirsən, sonra başqa adamları qəbul edirsən? Bura necə dəli ölkəyə çevrilib, bu necə diqqətsizlikdir? Bizim bu ordumuza başçılıq edəcək daha normal insanlar yoxdurmu?”, – deyə aksiya iştirakçısı bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*