“Ermənistan getdikcə İran bazarından sıxışdırılacaq”backend

"Ermənistan getdikcə İran bazarından sıxışdırılacaq"

“Ermənistan elektrik enerjisi ixrac edən ölkə statusunun əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə üz-üzədir. Atom elektrik stansiyasına, zəngin su elektrik ehtiyatlarına və günəş enerjisinin inkişafı potensialına baxmayaraq, ölkə elektrik enerjisi ixracatında uzun müddət fəaliyyətsiz olacaq”.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Davtyan Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinovun bəyanatına münasibət bildirərkən deyib.

Xatırladaq ki, Şulqinov bildirmişdi ki, Moskva mövcud infrastrukturdan istifadə edərək 300 MVt elektrik enerjisinin Azərbaycandan keçməklə Ermənistana, daha sonra isə İrana ixrac imkanları ilə bağlı Tehran və Bakı ilə danışıqlar aparır.

Nazirin sözlərinə görə, Rusiya Azərbaycan ərazisi vasitəsilə Ermənistana, İrana, daha sonra isə, ola bilsin, başqa ölkələrə elektrik enerjisinin çatdırılması imkanlarını nəzərdən keçirir. Nazir layihənin bütün iştirakçılarının onun həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Məlumata görə, Rusiyanın Energetika Nazirliyi Rusiya, İran və Azərbaycanın elektrik enerjisi sistemlərinin birləşdirilməsini 2023-cü ilin sonuna qədər başa çatdırmaq barədə razılığa gəlib. Nazirlikdən bildirilib ki, iştirakçı ölkələrin elektrik şəbəkələri ilə müxtəlif şərtlər təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu da nəzərdən keçirilir.

Davtyanın fikrincə, Moskva göstərir ki, Azərbaycanın son illərdə irəli sürdüyü Rusiya-Azərbaycan-İran enerji dəhlizi regionun yeganə layihəsi deyil.

Azərbaycanın məqsədlərindən biri Ermənistanın enerji nəqlini blokadada saxlamaqda davam etməkdir. Bununla belə, ekspert hesab edir ki, Rusiya-Azərbaycan-Ermənistan-İran elektrik enerjisi marşrutu reallaşarsa, o zaman İran, Ermənistan, Gürcüstan və Rusiya arasında qarşılıqlı axını təmin etmək üçün nəzərdə tutulan Şimal-Cənub elektrik dəhlizi layihəsi reallaşacaq.

“Ermənistanın hazırkı rəhbərləri İran-Ermənistan üçüncü hava elektrik xəttinin tikintisini mümkün qədər ləngitməklə, faktiki olaraq regionun enerji sistemində Azərbaycan amilinin tanınması üçün ilkin şərait yaradılıb”.

Onun sözlərinə görə, Moskvanın təklif etdiyi logistika vasitəsi ilə İrana elektrik enerjisinin tədarükü Ermənistanın getdikcə İran bazarından sıxışdırılacağına səbəb olacaq: “2021-ci ildə Ermənistandan İrana elektrik enerjisi ixracı təxminən 25% azalıb. Azərbaycandan isə İrana elektrik enerjisi ixracı 26% artıb”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*