Ermənistan Gümrüdəki Rusiya bazasını bağlamağa hazırlaşır: Lavrovun təcili İrəvan səfərinin PƏRDƏARXASIbackend

Ermənistan Gümrüdəki Rusiya bazasını bağlamağa hazırlaşır: Lavrovun təcili İrəvan səfərinin PƏRDƏARXASI

Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistana səfərə hazırlaşır. Hazırki məqamda səfərin məqsədi xüsusi maraq doğurur. Bir çoxları düşünür ki, Ermənistan tədricən Gümrüdəki Rusiya bazasını ləğv etməyə hazırlaşdığı üçün Lavrov Ermənistana gedir. Ümumiyyətlə, bu səfərin pərdəarxasında hansı məqamlar dayanır?. Ermənistan Gümrü bazasını bağlaya bilərmi?

Mövzunu KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:

Azərbaycan Prezidentinin çıxışı beynəlxalq aləmə çox mətləbləri anlatdı | Xalq Qəzeti

“Lavrovun səfərində Gümrüdəki baza ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Çünki Ermənistanda bəzi qüvvələr Rusiyaya məxsus 102-ci hərbi bazanın ləğvində maraqlıdır. Hərçənd bunun reallaşması mümkünsüz görünür. Çünki İrəvan və Moskva arasında bazanın orada yerləşdirlməsinə dair müqavilə hələ 2044-cü ilə qədər qüvvədədir. Yəni Ermənistanın bunu hüquqi baxımdan etməsi mümkün deyil. Digər tərəfdən, erməni ordusu Rusiya Silahlı Qüvvələrinə bağlıdır. Çünki silahlar və bir çox sistemlər məhz Rusiyadan alınır. Eyni zamanda Ermənistanın enerji və digər sektorları Rusiyanın əlində cəmləşib. Bu baxımdan İrəvanın Gümrü bazasını bağlayacağı real görünmür. Hərçənd Ermənistan son illər Qərbə doğru addım atır və bu, Moskvanı qıcıqlandırır. Rusiya isə çalışır ki, İrəvanı bu addımlardan çəkindirsin və onu öz təsir dairəsində saxlasın. Növbəti müzakirə mövzusu Paşinyanın Albaniyada Prezident İlham Əliyevlə görüşməsi ola bilər. Rusiyanın bundan xoşlanmadığı mümkündür. Çünki onlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Rusiyanın iştirakı olmadan bağlanmasını istəmirlər. Sülh müqaviləsinin indiyədək imzalanmamasının bir səbəbkarı Fransadırsa, digəri Rusiyadır. Lavrov səfər zamanı bu mövzuları müzakirə edə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*