Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldubackend

Ermənistan-Gürcüstan sərhədində zəlzələ oldu

Ermənistan-Gürcüstan sərhədində 3-4 bal gücündə zəlzələ baş verib,.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Zəlzələnin episentri Bavra kəndindən 17 km şimal-şərqdə yerləşib: yeraltı təkanlar Ermənistanın Şirak rayonunun Sarağyuğ, Barxut, Kazançı və Aşotsk kəndlərində, həmçinin Lori rayonunun Sarçapet və Paqqabyur kəndlərində hiss olunub.

Episentrdə yeraltı təkanların gücü 4-5 bal olub.

Eyni zamanda, Gürcüstanın cənub-şərqində 11 dəqiqəlik fərqlə iki zəlzələ baş verib. 4 bal gücündə yeraltı təkanlar Dmanisi şəhərindən 26 km aralıda yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb. Episentr 10 km dərinlikdə yerləşib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*