backend

“Ermənistan Hava Yolları” rus turistlərə Azərbaycan mətbəxini milli kulinariyası kimi necə sevdirir?

2019-cu ilin yanvar-iyun ayları arasında Ermənistana təxminən 1,679 milyon nəfər qonaq gəlib. Yalnız turist ziyarətləri təxminən 770 min nəfər olub. İlin birinci yarısında Ermənistana 342 min nəfər Rusiya vətəndaşı gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55 min nəfər çoxdur. Bu, ümumi turist sayının 47-48 faizidir.

Təkcə Varonejdən İrəvana rus turistlərin sayı bir neçə ildir 15 faizdən 50 faizə qədər artıb. Voronej hava limanının adının dəyişdirilməsi şərəfinə təşkil edilən “Açıq qapı” günündə “Ermənistan Hava Yolları” pavilyonda digər hava yolları şirkətlərinin nümayəndələri və tur operatorlarının əməkdaşlarına rəngarəng, dadlı Azərbaycan mətbəxini öz adlarına çıxaraq təqdim edib. Ermənistandan gətirilən şərab, üzüm, təzə və quru meyvələrlə yanaşı lavaş, dolma və digər Azərbaycan xörəkləri pavilyonda erməni mətbəki kimi iştirakçılara nümayiş etdirilib.

Hava yolları şirkətinin rəsmiləri hesab edir ki, təyyarədə də turist sərnişinlərə “erməni mətbəxi”nin təqdim edilməsi İrəvanın rusların ən çox geri döndüyü şəhərlər siyahısına daxil olmasına zəmin yaradıb. Pavilyonun qonaqlarının əksəriyyəti erməni məhsullarını haradan almaq məsələsi ilə maraqlananda isə cavab necə deyərlər turistlər üçün cəlbedici olub: “Bunların hamısını yalnız Ermənistanda əldə edə bilərsiniz”.

Digər tərəfdən bir çox ziyarətçi Rusiya vətəndaşlarının yalnız şəxsiyyət vəsiqəsi ilə Ermənistana uça biləcəyini biləndə çox təəccüblənib. Onların sözlərinə görə, bu, istirahət üçün bu istiqaməti seçmək şanslarını artırır.
“Ermənistan Hava Yolları”nın direktor müavini Gevorg Xaçaturyan jurnalistlərə açıqlamasında bildirib ki, 2016-cı ildən bəri Voronejə uçuşlar həyata keçirilir.

Birinci mərhələdə sərnişindaşıma yükünün az olmasına baxmayaraq həftədə iki uçuşla başlayıblar. Aviaşirkətin məhz özünün işi sayəsində sərnişinlərin sayı artıb. O, bunu belə izah edib ki, rus turitlərinə erməni mətbəxini sevdirə biliblər.

Aviaşirkət Özbəkistan Hava Yolları ilə Yerevan-Voronej-Daşkənd və əksinə tranzit reysləri açmağı planlaşdırır.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*