“Ermənistan hərraca çıxarıldı” – “Hraparak”backend

"Ermənistan hərraca çıxarıldı" - "Hraparak"

“Sabah Brüsseldə keçirilməsi planlaşdırılan Paşinyan-von der Leyen-Blinken görüşü Ermənistanın Aİ-yə üzvlük üçün müraciət edib-etməyəcəyinə, Avropa yolu ilə gedəcəyinə, yoxsa Rusiya ilə Avropa arasında balans yaradaraq, sarsıntılı status-kvonu saxlamağa davam edəcəyinə aydınlıq gətirəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Hraparak” nəşri yazıb:

“Hakim partiya bu görüşün nəticələrini xüsusilə səbirsizliklə gözləyir. Bundan sonra komanda üzvləri Nikol Paşinyanla görüşəcək və yekun nəticəyə yekun vuracaqlar. Məsələ burasındadır ki, baş nazirlə iqtidaryönlü qanunvericilərin son qapalı görüşündə sonuncular növbəti dəfə öz mövqelərini bildiriblər. Onlar  deyiblər ki, qumara girib Aİ-yə üzvlük üçün müraciət etməyə ehtiyac yoxdur, çünki iqtisadiyyatımız Rusiyadan çox asılıdır. Moskva Rusiyaya qarşı bu xəyanətə dözməyəcək. Hətta belə fikirlər var idi ki, Avropaya bu tam hesablanmamış müraciət bizə təkcə Zəngəzur dəhlizinə deyil, bütün Sünikə (Zəngəzur) baha başa gələ bilər.

Lakin sonda hakimiyyətyönlü dairələr belə qənaətə gəliblər ki, Qərbdən ciddi maliyyə dəstəyi şəklində konkret təminatlar tələb olunmalıdır. Onlar hətta hesablayıblar ki, Qərb Ermənistana ən azı 7-8 il ərzində hər il 2-3 milyard dollar ayırmalıdır ki, Ermənistan iqtisadiyyatını şaxələndirməyə və Rusiyadan ayrılmağa imkan versin. Rusiya regiondan sıxışdırılmalıdır. Yəni, bu xəyanətin qiyməti var və ildə 3 milyard dollardır.

Paşinyan isə bildirib ki, ona belə bir təminat verilməyib. Bununla belə, baş nazir “Mülki Müqavilə”nin nümayəndələrinin dar dairəsinə pıçıldayıb ki, Avropa ən azı 1 milyard dollar məbləğində maliyyə dəstəyi verməyə razıdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*