Ermənistan internetsiz qaldı: Nə baş verir?backend

Ermənistan internetsiz qaldı: Nə baş verir?

“Ermənistanda beynəlxalq internet əlaqə kanalları zədələnib, nəticədə bütün ölkə üzrə sabit və mobil internet xidmətlərinə giriş məhdudlaşdırılıb”.

KONKRET.az-ın məlumatına görə, bu barədə respublikanın “Team Telecom” şirkəti xəbər verib.

Bildirilib ki, internetdəki fasilələr Tavuş vilayətində yol tikintisi ilə əlaqədardır.

“Yol işləri zamanı kabellər zədələnib. Hazırda mütəxəssislər ərazidə işləyirlər. Onlar problemi mümkün qədər tez həll etməyə çalışırlar”, – deyə şirkətin nümayəndəsi bildirib.

Xatırladaq ki, tikinti işləri ilə əlaqədar bu gündən etibarən Kirants (Güney) kəndi ərazisindən keçən hissəsi – Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi bağlanıb. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*