Ermənistan İran və Türkiyə ilə sərhədləri özü qorumaq istəyirbackend

Ermənistan İran və Türkiyə ilə sərhədləri özü qorumaq istəyir

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan özünün “Facebook” sosial şəbəkəsində Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü ilə bağlı paylaşım edib.

Erməni mətbuat katibi qeyd edib ki, Rusiya prezidenti ilə görüşdə baş nazir Paşinyan “Sül kəsişməsi” layihəsinin təfərrüatlarını təqdim edib:  “Ermənistan baş naziri “sülh yollarının kəsişməsi” broşürünü Rusiya prezidentinə verib. Ermənistan Respublikası hökumətinin regional kommunikasiyalarla bağlı çıxışı qapalı və açıq formatda eynidir. Baş nazir Paşinyan Rusiya prezidenti ilə görüşün nəticələrini müsbət qiymətləndirir. Geniş spektrli məsələlər müzakirə edilib, enerji, təhsil və humanitar sahələrlə bağlı konkret razılaşmalar əldə olunub. Həmçinin əldə olunan razılığa görə  2025-ci il yanvarın 1-dən Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin mühafizəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları da iştirak edəcək. Ermənistan-İran dövlət sərhədinin mühfizəsi bütünlüklə Ermənistanın  Sərhəd Qoşunları tərəfindən  həyata keçiriləcək”.

Xatırladaq ki, Ermənistan müstəqillik əldə etdikdən sonra onun Türkiyə və İranla dövlət sərhədlərini Rusiyanın sərhəd xidməti qoruyub. Hətta bu ilin avqust ayınadək İrəvanın “Zvartnos” beynəlxalq hava limanında sərhəd keçid məntəqəsində yoxlamaları da Rusiya hərbçiləri həyata keçiriblər. İndi Paşinyanın Qərbdə üzərinə götürdüyü öhdəliklərdən biri məhz Rusiya sərhədçilərinə etimad etməməkdir. Buna görə də Rusiya Ermənistan mərhələ-mərhələ Qərbin planlarını yerinə yetirir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*