Ermənistan İrandan ölkəyə maye qazın tədarükü üçün kvota ayrılmasını xahiş edib.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
Onun sözlərinə görə, məsələ İranın sənaye, mədən və ticarət naziri ilə görüşdə müzakirə olunub.
Papoyan qeyd edib ki, məqsəd yanacaq tədarükünü şaxələndirmək və bazarda rəqabəti artırmaqdır. “Bu, qiymətlərin aşağı düşməsinə dəstək olacaq”, – nazir vurğulayıb.
Xatırladaq ki, iyun ayından Ermənistanda yanacaqdoldurma məntəqələrində maye qazın qiyməti 1,5 dəfə artıb. İqtisadi rəqabətin müdafiəsi komissiyası qiymət artımının səbəblərini araşdırır. Rəsmi açıqlamalarda bildirilir ki, bahalaşmanın əsas səbəblərindən biri Rusiya Federasiyasından yanacaq idxalı zamanı Gürcüstan sərhədində yaranan problemlərdir.
Aynurə İsmayıl
KONKRET.az