Ermənistan itirilmiş döyüş potensialını bərpa etmək istəyir – Hərbi ekspert açıqladıbackend

Ermənistan itirilmiş döyüş potensialını bərpa etmək istəyir - Hərbi ekspert açıqladı

Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regionda müharibə riskini artırır. Rəsmi İrəvanın sülhdən yayınması  ermənilərin ikiüzlü siyasətinin nəticəsidir. İndi sərhədlərdə müşahidə aparan Avropalı missiyonerlər də Ermənistanın döyüş hazırlığına nəzarət edir, kəşfiyyat məlumatlarını onlara ötürürlər.

Hərbi ekspert Ədalət Verdiyev də KONKRET.az-a açıqlamasında bu faktları təsdiq etdi:

Ədalət Verdiyev: “Alınan silahlar şərti dövlət sərhədinə yaxınlaşdırılacaqsa...”

“Avropa İttifaqının kəşfiyyat missiyası məhz Azərbaycan sərhədlərində fəaliyyətini genişləndirir, kəşfiyyat və casusluq əməllərinə yol verirlər. Bütün bu proseslər, o cümlədən səslənən bəyənatlar ondan xəbər verir ki, Ermənistan itirilmiş döyüş potensialını bərpa etmək üçün kifayət qədər böyük vəsait xərcləyir. Bu vəsaitlərin mənbəsi bizə tam məlum olmasa da, Ermənistan fəaliyyətinə ciddi korrektə etməli və revanşist niyyətlərindən əl çəkməlidir. Əks halda Azərbaycan  Ermənistanın silahsızlaşdırılması məsələsini gündəmə gətirə bilər. Digər tərəfdən isə Ermənistan silahlanmaya vəsait tapırsa,  işğal dövründə Azərbaycana vurduğu ziyanlara görə kompensasiyanı da ödəməlidir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*