Ermənistan Krivopuskovu ölkəyə BURAXMADIbackend

Ermənistan Krivopuskovu ölkəyə BURAXMADI

Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskov Ermənistanda arzuolunmaz şəxslərin siyahısına əlavə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı məlumat yayıb.

Bildirilib ki, bu gün səhər tezdən İrəvanın “Zvartnots” hava limanında Moskvadan “Aeroflot”a məxsus təyyarə ilə gələn Viktor Krivopuskovun sərhədi keçməsinə icazə verilməyib.

Qeyd edək ki, o, 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinin rəhbəri və Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.

2022-ci ilin oktyabrında “RT” telekanalının baş redaktoru Marqarita Simonyan bildirib ki, Ermənistan hökuməti onun və Dövlət Dumasının deputatı Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.

2023-cü il martın 8-də isə “News Media” nəşriyyatının baş direktoru Aram Qabrelyanov Ermənistana buraxılmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*