“Rusiya nöbtəi müharibədə Ermənistana dəstək verə bilməyəcək. Çünki Qarabağ hüquqi baxımdan Azərbaycanın bir hissəsi hesab olunur”.
KONKRET.az xəbər verir ki, bu fikirlər “Reportyor” analitik mərkəzinin hazıladığı məqalədən götürülüb.
Şərhdə xüsusi olaraq vurğulanır ki, “Həm Moskva, həm də bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır: Ən istehzalı tərəfi odur ki, İrəvanın özü belə bir separatçı rejimi tanımır, amma Rusiyadan onun müdafiəsinə cəlb olunmasını tələb edir. Bütün bunların fonunda demək lazımdır ki, Rusiya ehtimal olunan müharibəyə hansısa yolla müdaxilə edə bilməz. Bizim heç bir dövlətin qarşısında belə bir hüquqi öhdəliyimiz yoxdur. Axı Rusiyanın Qarabağla ümumi sərhədi yoxdur”.
Məqalədə qeyd edilir ki, “Ermənistanın dənizə çıxışı yoxdur. Müharibə başlarsa, Qarabağla hava əlaqəsi dərhal bütün qonşuları tərəfindən bağlanacaq. Sözün düzü, İrəvana və Xankəndiyə suveren Azərbaycana qarşı kütləvi raket-bomba zərbələri ilə kömək etmək mümkün idi ki, bu da avtomatik olaraq Türkiyənin və Kremlin digər “tərəfdaşlarının” münaqişəyə cəlb olunmasına gətirib çıxaracaqdı. Məsələn, Bosfor və Çanaqqala boğazları, Rusiya qrupunun Suriyadakı faktiki blokadası və bir çox başqa çox ciddi beynəlxalq problemlər. Yəqin buna görə də prezident Putin ikinci Qarabağ müharibəsində İrəvan və Bakı ilə bərabər məsafədə qalaraq, silahlı münaqişədən qəti şəkildə uzaqlaşmağı seçdi”.
Analitik yazıda o da bildirilir ki, “Bizim sülhməramlılarımız yalnız Bakının icazəsi ilə Qarabağa gedə bildilər və orada ümumiyyətlə beynəlxalq mandat olmadan, yalnız Azərbaycan tərəfinin xoşməramlılığına əsaslanaraq, oradadırlar. Rusiya motoatıcılarının tədarükü də tamamilə rəsmi Bakıdan asılıdır. Laçın dəhlizinin zorla Azərbaycanın nəzarətinə götürülməsindən söhbət gedə bilməz. Hər şey yalnız son bir il yarım ərzində Ukraynanın bir qədər zəiflətdiyi Moskvanın beynəlxalq nüfuzundan asılıdır. Əslində bütün bunları incimiş erməni vətənpərvərlərindən başqa hamı gözəl anlayır”.
Məqalədə daha sonra deyilir: “İrəvan Qərb tərəfdaşlarına xoş gəlmək üçün KTMT-dən nümayişkaranə şəkildə sürüşməyə başlayıb”.
Qeyd edək ki, Baş nazir Paşinyan bu məsələ ilə bağlı aşağıdakı sözləri deyib:
“Ermənistanın təhlükəsizlik arxitekturası 99,999% Rusiya ilə, o cümlədən silah və digər hərbi təyinatlı sursatlar əldə etmək baxımından bağlı idi. Amma bu gün Rusiyanın özünün silaha ehtiyacı olduğu bir vaxtda aydındır ki, Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməyəcək. Yəni, bu nümunə bizə təhlükəsizlik sahəsində bir yerdən asılılığın strateji səhv olduğunu göstərir”.
Ermənistan NATO standartlarına uyğun təlim keçmək üçün ABŞ hərbçiləri ilə birgə təlimlər keçirəcək. Ola bilərmi ki, bu ölkə KTMT-dən çıxandan sonra Şimali Atlantika Alyansına daxil olsun?
Məqalədə qeyd olunur ki, “Bu, saədəcə olaraq mümkün deyil. Daha doğrusu, Vaşinqtonla hansısa ikitərəfli təhlükəsizlik təminatları ilə bağlı sənəd imzalana bilər. Amma ehtimal olunur ki, Ermənistan özü Avrasiya İttifaqından çıxacaq. Bunun qarşısını almaq olarmı? Hər tərəfdən NATO bloku ölkələri arasında sıxışdırılmış balaca Serbiya gec-tez qırılacaq və alyansın rusofob standartlarına uyğun formatlaşdırılacaq. Ermənistanı bu proseslərdən saxlamaq şansı 2008-ci ildə mövcud idi. O zaman Tiflisə çatmaq, orada marionetkaçı rusiyapərəst rejim qurmaq və hərbi bazalarımızı qurmaq üçün real imkan var idi. Əgər Gürcüstan yenidən Moskvanın təsir dairəsində olsaydı, 2020-ci ildə hər şey başqa cür gedə bilərdi. Lakin RF Silahlı Qüvvələri Gürcüstan paytaxtından 40 km aralıda dayandırıldı və geri qaytarıldı”.
Hazırladı: Natiq Səlim,
KONKRET.az