Ermənistan ordusunda intiharlar: Komandirlər vəziyyətdən xəbərsizdirbackend

Ermənistan ordusunda intiharlar: Komandirlər vəziyyətdən xəbərsizdir

Ermənistan Silahlı Qüvvələrinin iki əsgərin intihar etdiyi hərbi hissəsinin və ordu korpusunun komandirləri vəziyyətdən xəbərsizdir.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Korpusunun Vedibasarda yerləşən hərbi hissəsində vəzifədən azad edilmələr gözlənilir.

İşdən çıxarılma hərbi hissənin iki çağırışçısının döyüş postlarında intihar etməsi ilə bağlıdır.

İlkin versiyaya görə, intihar edən iki əsgərin işində ortaq heç nə yoxdur.

“Qranik Xnkoyan avqustun 11-də intihar etməmişdən əvvəl hərbi hissədə baş verən hadisələrlə bağlı ətraflı məlumat aldıq. Hadisənin bütün təfərrüatları da əlimizdə var. Ancaq ilkin istintaqa zərər verməmək üçün dərc etmirik”, – deyə erməni nəşri yazıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*