Ermənistan ordusunun sentyabrın 12-də ölən əsgərinin intihar etdiyi məlum oldubackend

Ermənistan ordusunun sentyabrın 12-də ölən əsgərinin intihar etdiyi məlum oldu

Ermənistan ordusunun sentyabrın 12-də ölən əsgəri Aleks Avanesyanın intihar etdiyi məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

İntihar etməsi ilkin versiyadır, istintaq davam edir.

Xatırladaq ki, A.Avanesyanın meyiti xidmət etdiyi hərbi hissənin ərazisindən aşkarlanıb. O, odlu silahdan aldığı yara nəticəsində ölüb.

Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan hərbçini intihara sövq etmə maddəsi ilə cinayət işi başlanıb.

Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*