Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Komissiyası ölkənin “Ayakve” vətəndaş təşəbbüsünün irəli sürdüyü qanun layihəsi ilə ölkənin Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin əleyhinə səs verib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Bildirilir ki, dəyişikliklər Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququndan imtinaya, “erməni soyqırımı”nın əhəmiyyətinin azaldılmasına və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etməyə görə cinayət məsuliyyəti nəzərdə tuturdu.
Qanun layihəsini komissiyaya Ermənistanın müxalif “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan təqdim edib.Qafqazinfo