Ermənistan parlamenti Laçın dəhlizi ilə bağlı bəyanatı QƏBUL ETMƏDİbackend

Ermənistan parlamenti Laçın dəhlizi ilə bağlı bəyanatı QƏBUL ETMƏDİ

Paşinyanın partiyası Laçın dəhlizi ilə bağlı bəyanatın əleyhinə səs verib.

KONKRET.az xəbər verir ki, Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin martın 16-da keçirilən iclasının gündəliyinə “Ermənistan” fraksiyasının müəllifi olduğu “Laçın dəhlizinin Azərbaycan tərəfindən müntəzəm olaraq “bağlanması” ilə bağlı” bəyanatının səsverməsi olub.

Bəyanat yanvarın 13-də müzakirə edilib, səsvermə iki aya qədər təxirə salınıb.

Baş reportyor Andranik Tevanyan bildirib ki, fraksiya bəyanatın mətninə yenidən baxıb. Həmin bəyanatda digər müddəalarla yanaşı, dekabrın 3-də və 12-də Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizinin “bağlanması”na görə Azərbaycanın ddımları qəti şəkildə pislənilib.

Mariya Karapetyan bununla bağlı hesabatında bildirib ki, Laçın dəhlizinin “bağlanması”ndan iki gün sonra, dekabrın 14-də parlament  bəyanat qəbul edib və bu bəyanat qüvvədə qalır.

O bildirib ki, ötən gün “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyanla bəyanatın bəzi sözləri və ifadələri ilə bağlı müzakirələr aparılıb, lakin konsensus əldə olunmayıb.

Səsvermə nəticəsində layihə lehinə lazımi sayda səs toplaya bilməyib. Layihənin lehinə 3 deputat səs verib, 5 deputat bitərəf qalıb.

Beləliklə, fraksiyanın “Azərbaycanın Qarabağda humanitar böhrana təhrik etməsi” haqqında bəyanatı qəbul olunmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*