Ermənistan da bu qanunu TƏSDİQLƏDİbackend

Ermənistan da bu qanunu TƏSDİQLƏDİ

Ermənistan Prezidenti Vaagn Xaçaturyan “Ermənistan Elektrik Şəbəkələri” (Elektroseti Armenii) şirkətinin milliləşdirilməsinə imkan verən qanun dəyişikliklərini imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilir ki, dövlət başçısı parlamentin qəbul etdiyi “Energetika haqqında” və “İctimai xidmətlərin tənzimlənməsi komissiyası haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Qeyd edək ki, Ermənistan parlamenti sözügedən qanun layihələrini ötən həftə qəbul etmişdi. Yeni dəyişikliklər ölkənin enerji sektorunda əsas infrastruktura sahib olan şirkətin dövlət nəzarətinə qaytarılmasına şərait yaradır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*