Ermənistan Prezidenti Vaaqn Xaçatryan iyunun 9-dan 11-dək Fransanın Nitsa şəhərində keçiriləcək BMT-nin Okean məsələləri üzrə Üçüncü Konfransında iştirak edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Xaçatryan konfransın rəsmi açılış mərasimində çıxış edəcək və qlobal okean siyasətinə dair Ermənistanın mövqeyini təqdim edəcək.