Ermənistan prezidenti: “Şadam ki, Türkiyə ilə dialoqu bərpa etdik”backend

Ermənistan prezidenti: “Şadam ki, Türkiyə ilə dialoqu bərpa etdik”

“Ermənistan qonşu dövlətlərlə balanslı, yaxşı münasibətlərə malik olmaq istəyir və buna görə də hökumət Türkiyə ilə normallaşma yolunu seçib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində deyib.

“Şadam ki, bu qədər ildən sonra Ankara ilə yenidən dialoqa başladıq. Gələcəyə baxmalı, uşaqlarımıza necə bir region qoymaq istədiyimizi anlamalıyıq. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq”, – deyə Xaçaturyan bildirib.

Qeyd edək ki, Ermənistan rəhbəri hazırda İtaliyada işgüzar səfərdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*