Ermənistan prezidenti SON NÖQTƏNİ qoydu: “Zəngəzur dəhlizini istəmirik, Sisyandan Naxçıvana yol var”backend

Ermənistan prezidenti SON NÖQTƏNİ qoydu: “Zəngəzur dəhlizini istəmirik, Sisyandan Naxçıvana yol var”

Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ problemi yoxdur, “Dağlıq Qarabağ” ifadəsini işlətmək istəmir və biz, əksinə, bütün görüşlərdə, danışıqlarda həmişə Dağlıq Qarabağ probleminin mövcud olduğunu vurğulayırıq və istənilən görüşdə bu, təkrarlanmalıdır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, ilkin olaraq Qarabağ problemi ilə məşğul olan üç həmsədr ölkə, o cümlədən Ermənistan, Azərbaycan və Qarabağ (qondarma rejim nəzərdə tutulur) nümayəndələrinin görüşdüyü yeganə platforma olan Minsk Qrupu məsələnin müzakirəsini davam etdirməlidir.

“Ən əsası odur ki, Minsk Qrupu Qarabağ məsələsinin həll olunmadığına inanır”, – Xaçaturyan bildirib.

O, qeyd edib ki, Rusiya, ABŞ və Fransa arasında münasibətlər nümayəndələrin görüşə bildiyi səviyyədə olmasa da, onlarla razılaşma var ki, proses davam etməlidir.

“Bu həm də nə vaxtsa Rusiya, ABŞ və Fransanın oturacağı unikal platforma ola bilər. Bu baxımdan bizim nöqteyi-nəzərimiz aydındır: birincisi, Qarabağ məsələsinin həll olunması bizim üçün qəbuledilməzdir, ikincisi, Azərbaycanın bu məsələni həll edərkən daim Laçın arasında paralellər aparmağa çalışması bizim üçün qəbuledilməzdir. Zəngəzur dəhlizi və Laçın dəhlizi ideyasına gəlincə, burada status başqadır. 10 noyabr bəyanatında Laçın dəhlizinin nə üçün nəzərdə tutulduğu açıq-aydın göstərilir. Bu, Qarabağda yaşayan soydaşlarımızın özlərini təhlükəsiz hiss etmələri üçün yeganə qanuni, effektiv variantdır”, – deyə Ermənistan prezidenti vurğulayıb.

O, Zəngəzur dəhlizinə toxunaraq bildirib ki, bu məsələ Ermənistan tərəfindən müzakirə olunmayıb.

“Ruslar və avropalılarla görüşlər və müzakirələr zamanı bu məsələ müzakirə olunmur. Biz başqa məsələni müzakirə edirik. Azərbaycan Naxçıvanla əlaqə yaratmaq istədiyini bildirir. Dedik ki, etirazımız yoxdur, bizim nəqliyyat imkanlarımızdan istifadə edə bilərsiniz, gəlin fikirləşək, bunu necə edək ki, çox narahatçılıq hiss etməyəsiniz? Yəni bizdə olan gömrük, sərhəd məsələləri yumşaldılsın. Bu müzakirələr başladı, üçtərəfli komissiyanın iclası oldu.
Burada başqa bir sual var. Deyirik, gəlin prinsipləri müzakirə edək, azərbaycanlılar cavab olaraq “koordinatları verin, dəhliz harda olacaq?” deyir. Biz deyirik, yox, gəlin prinsipləri müzakirə edək, çünki prinsipləri müzakirə etdikdən sonra bizim üçün çox asan olacaq.

O zaman Meğridən Naxçıvana yüksək sürətli yol çəkilirdi. 1987-ci ildə bu yolun fəaliyyəti dayandırılıb. Münaqişə var idi. Biz bunu da müzakirə etməyə hazırıq, lakin bu gün praktiki olaraq bu tikintini həyata keçirmək mümkün deyil. Deyirik ki, aktiv yol var: Sisyandan İrəvana gedəndə Biçənəyə çatırdıq, Naxçıvana enirdik, oradan da artıq Arazdöyənə (Yeraşx) gedirdik. O dövrdə Vayots Dzordan keçən yol demək olar ki, istifadə olunmurdu. İndi deyirik: müvəqqəti olaraq istifadə etməyə başlayaq. Yəni Gorusa, Anqeqakota, sonra isə Biçənəyə.. Sadəcə Biçənəyin soyuq qışı var. Nəzərdə tutduğumuz budur, amma heç bir dəhliz, hətta bu söz müzakirə olunmur. Rusiya tərəfi də bunun tərəfdarıdır”, – deyə Ermənistan prezidenti yekunlaşdırıb.

Qeyd edək ki, heç bir səlahiyyətləri olmayan “prezidentin” dediklərini olduğu kimi hazrladıq və bir daha sübut etdik ki, Ermənistan hakimiyyətində anarxiyadır. Paşinyan Zəngəzur dəhlizinin açılacağı, Qarabağın Azərbaycanın tərkibində olacağı anonsunu verir. Hətta ən qatı müxalifətçilər də artıq “Arsax”ın itirildiyini deyirlər.

Ermənistan prezidenti isə görbagör olan ATƏT-in Minsk Qrupundan, “Dağlıq Qarabağ” ifadəsindən danışır, görüşlərə “Arsax” nümayəndələrinin dəvət edilməsindən dəm vurur. Və unudur ki, 30 il torpağının işğalını gözləyən Azərbaycanın hövsələsi daha qalmayıb. Bir göstərişlə Laçın dəhlizi bağlanar, o zaman ermənilərin İrəvana köçü meşələrdən və minalanmış ərazilərdən keçər..

Roman Göytürk, 

KONKRET.az

  • Гусейнов Надир
    İyun 23, 2022 - 19:22

    Если не будет Зангезурского коридора, то не будет и Лачинского и точка.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*