“Ermənistan Qarabağ xalqının (Qarabağın erməni əhalisinin – red.) taleyini həll edə bilməz”.
KONKRET.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan bu gün mətbuat konfransında deyib.
O bildirib ki, “qondarma qurum”un nümayəndələri özləri danışıqlarda tərəf olmalıdırlar.
“Biz gündəliyi irəli aparırıq. Onların özləri danışıqlarda tərəf olmalıdırlar. Biz Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizm çərçivəsində müzakirə edilməli olduğunu nəzərə alaraq, məhz bu gündəliyi təbliğ edirik. Düzgün yol budur ”, – deyə Paşinyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az