Ermənistan Rusiya ilə dəmir yollarının inkişaf perspektivlərin müzakirə edirbackend

Ermənistan Rusiya ilə dəmir yollarının inkişaf perspektivlərin müzakirə edir

Paşinyanın tapşırıqlarına əsasən  Ermənistan hökumətinin Moskvadakı nümayəndəsi Cənubi Qafqaz Dəmir Yolu Şirkətinin rəhbəri ilə görüşüb. Görüşdə 10 noyabr sülh anlaşmasından sonra dəmir Ermənistandakı dəmir yollarının blokadadan çıxarılma imkanları müzakirə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Aysor.am” məlumat yayıb. Məlumatda deyilir ki, “Görüşdə həmçinin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan iştirak edib. Müzakirələrdə sülh anlaşmasından sonra daşımaların həcmini artırmaq üçün imkanlardan söhbət açılıb. Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib”.

Xatırladaq ki, 2020-ci ili sentyabrın əvvəllərindən Ermənistandakı bütün dəmir yolları  Rusiya Federasiyası Dəmir yolları QSC-nin Cənubi Qafqaz Dəmir Yolu törəmə müəsissəsinin balansına verilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*