Ermənistan Rusiyanı öz bioloji laboratoriyalarına BURAXMIRbackend

Ermənistan Rusiyanı öz bioloji laboratoriyalarına BURAXMIR

Ermənistan Rusiyanı öz bioloji laboratoriyalarına buraxmır.

KONKRET.az xəbər verir ki, bunu zoonoz xəstəliklərlə mübarizə və baytarlıq səhiyyəsi üzrə beynəlxalq ekspert Qriqor Qriqoryan bildirib.

“Ermənistan hakimiyyətinin rusiyalı mütəxəssislərin biotibbi laboratoriyalara tam giriş imkanına malik olması barədə bəyanatları həqiqətə uyğun deyil.

Söhbət 2018-ci ildə Saratovdan iki-üç mikrobioloqun səfərindən gedir. Sonra rus mikrobioloqları laboratoriyalara gəlsələr də, onları laboratoriya otağına aparmayıblar. Sadəcə orada hansı fəaliyyətin aparıldığını dinləyib çıxıblar”, – Qriqoryan deyib.

O izah edib ki, tibbi-bioloji obyektlərin yoxlanılması tamam başqa cür baş verir. Ən azı hər belə yoxlamadan sonra akt tərtib edilməlidir. Rusiyalı mütəxəssislərin gəlişi ilə bağlı heç bir məlumat verilməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*