“Biz bu məsələyə qarışa bilmərik, Laçın dəhlizi bizim işimiz deyil”.
KONKRET.az xəbər verir ki, bu barədə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qaqik Melkonyan erməni mediasına müsahibəsində deyib.
O, “Dəhlizi bağlasalar, Ermənistan sərhədçiləri işə qarışacaqmı?” sualına belə cavab verib:
“Biz bu məsələyə qarışa bilmərik. Laçın dəhlizi bizim məsələmiz deyil. Sülhməramlılar Qarabağ xalqının təhlükəsizliyinin təminatçısıdır, qoy onlar da qorusunlar”.
Xuraman Etibarlı,
KONKRET.az