“Sinanyanın Erməni Soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı bəyanatı Türkiyə-Azərbaycan maraqlarına tam uyğundur”.
KONKRET.az xəbər verir ki, bu açıqlamanın müəllifi politoloq Arman Abovyan bildirib.
Onun sözlərinə görə, “Son nəticədə proses cinayəti törədən Türkiyə tərəfindən qəbul edilməli idi. Məsələni gündəmdən çıxaran Ermənistan hakimiyyəti Ankara və Bakıya yeni soyqırımlar üçün kart-blanş verir və onların birbaşa ortaqlarına çevrilir”.
Arman Abovyan daha sonra belə bir ritorik sual verib ki, “Bəlkə Türkiyə İrəvanla münasibətlərin normallaşdırılması prosesini davam etdirmək üçün soyqırımın beynəlxalq səviyyədə tanınmasını dəstəkləməkdən imtina etmək şərtini qoyub?”
Rəsmiyyə Şərifova,
KONKRET.az