Ermənistan sülh müqaviləsinin tezləşdirilməsində israrlıdırbackend

Ermənistan sülh müqaviləsinin tezləşdirilməsində israrlıdır

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, İrəvan bu gün də Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır.

KONKRET.az xəbər verir ki,  Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edən Alen Simonyan Ermənistan və Azərbaycanın razılıq əldə etmək ərəfəsində olduğunu deyib:

“Sülhü bərqərar etməyin vaxtı çatıb. Biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, fürsətdən istifadə etməyə və mümkün olanı reallığa çevirmək üçün bizə qoşulmağa çağırırıq. Ermənistan bu gün də sülh müqaviləsi imzalamağa hazırdır”. Yeri gəlmişkən, Ermənistan hakimiyyəti dəfələrlə Azərbaycana sülh müqaviləsi layihəsinin razılaşdırılmış 16 bəndindən 13-nü imzalamağı təklif etmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi mətndəki  ziddiyyətli müddəalar istisna olmaqla, Ermənistan hakimiyyətinin sülh sazişi layihəsinin imzalanması təklifini qəbuledilməz adlandırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*