Ermənistan ŞÜVƏN SALDI: “Azərbaycana təzyiq göstərin”backend

Ermənistan ŞÜVƏN SALDI: "Azərbaycana təzyiq göstərin"

Ermənistanda dünəndən vay-şüvəndir.

KONKRET.az xəbər verir ki, Ermənistanın hüquq müdafiəçisi Qarabağdakı vəziyyətlə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

“Azərbaycanlı ekoloji fəallar Qarabağı Ermənistan və dünya ilə birləşdirən yeganə yolu bağlayıblar.

Qarabağı dünya ilə birləşdirən yeganə yolu bağlamaq məqsədi dözülməz humanitar böhran yaratmaqdır.

“120 min”dən çox dinc qoca, qadın, uşaq və kişi tələyə salınıb.

Mən bu “soyqırım” siyasəti aktının qeyd-şərtsiz pislənməsini və bu kobud insan hüquqları pozuntularının dayandırılması üçün beynəlxalq təşkilatlara Azərbaycana təzyiq göstərməyə çağırıram”, – deyə ombudsman şüvən qoparıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*