“Ermənistan hakimiyyəti Türkiyənin bütün tələblərini yerinə yetirib”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan fevralın 20-də Qarabağda erməni separatizminin 35 illiyinə həsr olunmuş konfransda deyib.
“Ermənistan hakimiyyəti Ankaranın son 30 ildə İrəvan qarşısında qoyduğu bütün tələbləri yerinə yetirərək Türkiyə ilə münasibətləri normallaşdırmağa getdi.
Türkiyə həmişə Qarabağı Azərbaycana qaytarmağı və “erməni soyqırımı”nı tanımaqdan imtina etməyi tələb edib.
Mövcud şəraitdə ABŞ Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və öz mövcudluğunu strateji müttəfiqi – Türkiyə vasitəsilə təsdiqləmək üçün regiondakı problemlərin həllinə dəstək verəcək”, – deyə Sarkisyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az