Ermənistan enerji sektorunda öz maraqlarından çıxış edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə oktyabrın 3-də Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan deyib.
Məlumata görə, Türkiyə Milli Məclisinə Ermənistan AES-i ilə bağlı vətəndaşlardan müraciətlər daxil olub.
Parlamentin cavab məktubunda bildirilir ki, Türkiyə atom elektrik stansiyalarında risklərin idarə olunmasını daim diqqət mərkəzində saxlayıb, həmçinin MAQATE-ni “Metsamor AES-in təhlükə yaratdığı” barədə məlumatlandırıb.
“Səhv etmirəmsə, əvvəllər belə müraciətlər bir dəfədən çox olub”, – Xandanyan bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az