“Kredit borcunuzu vaxtından əvvəl ödəsəniz, bunları mütləq bilməlisiniz, əks halda…” – TÖVSİYƏbackend

"Kredit borcunuzu vaxtından əvvəl ödəsəniz, bunları mütləq bilməlisiniz, əks halda..." - TÖVSİYƏ

“Azərbaycanda vətəndaşların banklardan və ya bank olmayan təşkilatlardan götürdükləri kreditləri vaxtından əvvəl ödəməsi ilə bağlı qanunvericilik müxtəlif tənzimləmələr müəyyən edir. Bu məsələ birbaşa olaraq Mülki Məcəllə və Azərbaycan Mərkəzi Bankının tələbləri ilə tənzimlənir”.

Bu fikirləri iqtisadçı Kənan Quluzadə KONKRET.az-a açıqlamasında səsləndirib:

“Belə ki, istehlak kreditləri üzrə borcun vaxtından əvvəl ödənilməsi zamanı borcalandan əlavə faiz və ya cərimə tutulması qanunla qadağandır. Əgər belə ödənişlər tələb olunursa, bu, yalnız əvvəlcədən kredit müqaviləsində qeyd olunan komissiya və ya digər öhdəliklər şəklində ola bilər. Məsələn, müqavilədə borcun vaxtından əvvəl bağlanması halında müəyyən məbləğdə komissiya tutulacağının göstərilməsi mümkündür. Bu hallar istisna olmaqla, borcu əvvəlcədən ödəyən müştəriyə əlavə faiz və ya cərimə tətbiq edilə bilməz”.

İqtisadçı Yekun olaraq qeyd edir ki, istehlak krediti üzrə borcun vaxtından əvvəl ödənilməsi zamanı borcalandan əlavə faiz və ya cərimə tutulması, müəyyən qanuni istisnalar xaric qəti qadağandır.

Aynurə İsmayıl

KONKRET.az

  • Cavid
    May 6, 2025 - 23:02

    Bunu hamıı bilirdə ağıllı, sən indi nəsə yeni ideya kəşf elədin ekspert iqtisadçı

  • Elvin
    May 7, 2025 - 13:50

    Salam. Mən Bank olmayan kredit təşkilatı İnternational “BOKT” kimi gedir halal hümbət qızılımı qoyub pul götürmüşəm indi bağlamaq istəyirəm mənə deyirlərki 3 aylıq faizi bəri başdan ödəməlisən. 29.042025. ci ildə qoymuşam 1 həftə bunnan qabaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*