Ermənistan “Dağlıq Qarabağ”ın keçmiş dövlət naziri Ruben Vardanyanın hüquqlarını müdafiə etmək üçün Beynəlxalq İnsan Haqları Məhkəməsinə müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin mətbuat katibi Hasmik Samvelyan məlumat verib.
“Erməni tərəfi AİHM-dən müvəqqəti tədbir görməsini və Bakıdan Vardanyanın harada və hansı vəziyyətdə olduğu barədə məlumat verməsini tələb edib”, – Samvelyan qdeyib.
Qeyd edək ki, Vardanyan 2022-ci il sentyabrın 1-də Dağlıq Qarabağa köçüb. O, 2022-ci il noyabrın 4-də dövlət naziri təyin edilib və 23 fevral 2023-cü ildə təqaüdə çıxıb.
Ariz Həsənoğlu,
KONKRET.az