“Ermənistan və Arsax uğrunda mübarizəni davam etdirəcəyəm” – Fransalı senatorbackend

"Ermənistan və Arsax uğrunda mübarizəni davam etdirəcəyəm" - Fransalı senator

“Ermənistan və Arsax uğrunda mübarizəni davam etdirəcəyəm”.

KONKRET.az xəbər verir ki, bunu Fransa-Ermənistan Dostluq Qrupunun sədr müavini, fransalı senator Valeri Buaye öz Facebook səhifəsində yazıb.

“Mən senator seçiləndə söz verdim ki, Ermənistan uğrunda, erməni soyqırımını inkar edilməsinin cinayət hesab edilməsi və Arsaxın tanınması uğrunda mübarizəmi davam etdirəcəyəm”, – deyə senator yazıb.

Senator qeyd edib ki, nə qədər ki, ermənilər ən dəhşətli vəhşiliklərin qurbanı olaraq qalacaqlar, o, bu öhdəlikləri yerinə yetirməyə davam edəcək.

Valeri Buaye bildirib ki, bu gün Fransa-Ermənistan Dostluq Qrupunun üzvləri Jilber-Lük Devinaz, Bricit Deveza, Joel Gerrio və Pyer Uzulias ilə birlikdə Ermənistana yola düşür.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*